Harri Potter film seriyasında yer alan Privet Drayv adlı ev satılıb.
Axar.az xəbər verir ki, filmdə Darsleylərin evi kimi qələmə verilən ev 475 min sterlinqə öz sahibini tapıb.
Ailəsini itirdikdən sonra xalası Petuniya və onun həyat yoldaşı Vernonun evinə sığınan Potter burada nərdivan altındakı otaqda qalırdı. Ev bu yaxınlarda olduqca müasir bir formada yenilənib.