Загрузка...

471645_06

Bu günlərdə Xəzər TV-də yeni yayıma daxil olan “Cehizsiz gəlinlər” serialının rejissoru Rüfət Şahbazov Milli.Az-a serial haqda açıqlama verib:

“”Cehizsiz gəlinlər” adından da göründüyü kim bir ailə dramıdır. Ailənin başına gələn hadisələr, müsibətlər real şəkildə göstəriləcək. Onu da deyim ki, bizim serialımızda ağlamaq da, gülmək də, sevilmək də, sevişmək də realdır. Ekran işində bir çox aktyor və aktrisalar çəkilir. Bunlardan Gülsabah Quliyeva, Günay Əhməd, Cəmilə Tağızadə, Cövdət Şükürov və s. misal göstərmək olar. Hələ bir çoxu da serialın gedişində dəvət olunacaqlar. Sürpriz aktyorlar çox olacaq. İnşallah, inanırıq ki, bu serialımız da digər çəkdiyimiz ekran işləri kimi uğurlu olacaq”, – deyə rejissor bildirib.

Qeyd edək ki, Rüfət Şahbazov “Aramızda qalsın”, “Qayınana”, “Bir ailəm var” kimi məşhur seriallarln rejissorluğunu edib.