1474310229

Öz istedadı ilə çoxsaylı tamaşaçıların qəlbinə yol tapan ekstrasens Zirəddin Rzayev yenidən ekranlarda görünəcək.

Axar.az xəbər verir ki, o, bu dəfə proqram iştirakçısı deyil, “Dom 2“ verilişinin model iştirakçısı Alyona Vodonayeva ilə veriliş aparacaq. “Layf” nəşrinin yaydığı məlumata görə, yeni layihə “Paranormal” adlanır. Bu proqram çərçivəsində aparıcılar qonaqlarla baş verən qeyri-adi, sirli hadisələri müzakirə edəcək, Rusiya şou-biznesinin məşhurlarının həyatındakı qaranlıq məqamları aydınlaşdıracaq.

“Çox şadam ki Alyona kimi parlaq bir xanımın şirkətinin vasitəçiliyi ilə yenidən efirə qayıdıram. Bizim proqramın üstün cəhəti ondan ibarətdir ki, bu veriliş mistika ilə bağlı olan və müsbət ab-hava ilə yüklənən birinci veriliş olacaq. Hər kəs paranormal hadisələrin qara, mənfi tərəflərini görür, müzakirə edir. Bizdə qeyri-adi şeylərdən, mistikadan simamızda təbəssümlə, müsbət tərəflərindən danışacağıq” – deyə Zirəddin veriliş haqda rəy verib.

Verilişin yayımı sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində, Rusiyanın məşhur kanallarından birində planlaşdırılır. Verişilin çəkilişləri artıq start götürüb. Proqramın ilk buraxılışı lentə alınıb.