Qurban bayramında İtaliyaya gedən müğənni Demet Akalın, alış-verişdə bir evin pulunu xərclədiyini deyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir verilişdə açıqlama verən 44 yaşlı ifaçı İtaliyaya 2 çamadanla getdiyini, lakin 9 çamadanla qayıtdığını bildirib:
“Ayaqqabı, çanta və geyimə verdiyim pulla İstanbulda 4 otaqlı ev almaq olar. Evin pulunu xərclədim və qayıtdım”.
Xəyalındakı evdən də danışan D.Akalın, qiyməti 2,6 milyon dollar olan həmin evi həyat yoldaşı Okanla şərik alacağını söyləyib:
“7-9 evim var. Pullarımı evə və brilyanta yatırıram. Çünki bundan yaxşı pul qazanıram”.