İtaliyada Tiziana adlı 31 yaşlı qadının intim videosunu sevgilisi üç dostuna göndərib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, video sosial şəbəkələrdə yayıldıqdan sonra qadın işdən çıxıb, yaşadığı yeri dəyişərək Toskana bölgəsinə köçüb.
O, həm də adını dəyişmək üçün dövlət qurumlarına müraciət edib. Lakin, atılan addımlar onu təzyiqlərdən xilas etməyib.
Qadın görüntülərin internetdən yığışdırılması üçün məhkəməyə müraciət edib və onun xeyrinə qərar verilib. Qərarda qadının 20 min avroluq məhkəmə xərclərini ödəmək də yer alıb. Bunu özünə “təhqir” kimi dəyərləndirən qadın xalasının evində intihar edib.
Hadisədən sonra qızın sevgilisi və üç dostu həbs edilib, barələrində cinayət işi açılıb.