Загрузка...

21c47e8222ae6d7b682fc93b4585c23e

Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi “Chevrolet”in “MAN” markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.

*****

Abşeron rayonunun Novxanı qəsəbəsində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, qəsəbənin mərkəzi yolunda “Chevrolet” markalı minik avtomobili “MAN” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 24 yaşlı qız vəfat edib. Onun həmyaşıdı olan digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.