ABŞ-ın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun dublyoru var. Bu, sentyabrın 11-də Nyu-Yorkun Manhetten səmtində 2001-ci ilin 11 sentyabr teraktlarının anım mərasimində aşkarlanıb.
Milli.Az Heavy-yə istinadən bildirir ki, mərasimdə çıxış edəndən sonra Hillari Klinton qəflətən huşunu itirib və maşınına aparılıb.
Klinton huşunu itirməzdən əvvəl və sonra fərqli idi.
ABŞ mediasında yer alan məlumatlara görə, Hillari Klinton huşunu itirəndən sonra onu dublyoru, Tereza Barnell əvəzləyib.
Barnell həmin gün Los-Ancelesdə, “Lip Sync” teleşousunda olduğunu yazıb: “Mən buradayam, şoudayam”. Lakin az sonra o, Facebook-dakı səhifəsində yazıb: “Amma bu gün Nyu-Yorkda, Hillari Klintonun yerində olsam belə, bundan heç vaxt xəbər tuta bilməzsiniz”. Status yazılandan cəmi bir saat sonra Barnell onu silib.
Hillari Klinton huşunu itirəndən sonra çox sağlam, qıvraq görünürdü və bu, reportyorları da təəccübləndirib. Üstəlik, huşunu itirməzdən əvvəl və sonra Hillari Klintonun çənəsində, bir də nikah üzüyünün olduğu barmağında ciddi fərqlər vardı.
Tereza Barnelll 1990-cı illərdə Hillari Klintona oxşarlığı ilə məşhurlaşmışdı. Lakin Hillari Klinton dövlət katibi postunu tərk edəndən sonra Barnellin məşhurluq səviyyəsi də aşağı düşmüş, o, ekranlardan “itmişdi”.
Hillari Klinton hələ 1996-cı ildə Tereza Barnellə görüşəndə demişdi ki, “bu xanım çox böyük uğurla məni əvəzləyə bilər”.