“Çiçək” ləqəbli aparıcı Şəhla Vakkas efirə qayıdır.
Axşam.az-ın məlumatına görə, o, yenidən “Xəzər” telekanalında efirə çıxacaq.
“Ailəmizə qayıtmağıma çox az qaldı. Mən çox darıxmışdım” deyə, Çiçək bildirib.
O, “Şans mələyi” adlı verilişə aparıcılıq edəcək.
Qeyd edək ki, Ş.Vakkas “Burc FM”dən qalmaqallı şəkildə ayrılmışdı. Telefonunu 1 həftə söndürən aparıcını rəhbərlik işdən uzaqlaşdırmışdı.
O, İTV-də “Qonaq olun” adlı verilişə aparıcılıq edib. Şəhla hazırda Araz FM-də baş redaktor vəzifəsində çalışır.