“Rengarenk” serialında rol alan müğənni Cem Belevi ayrılıq qərarı alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Belevi İzmirdən başqa şəhərə getmək istəmədiyi üçün növbəti seriyalarda çəkilişləri İstanbulda davam edəcək serialla yollarını ayırıb.
Bu günlərdə Bodrumda ardıcıl konsertlər verən ifaçı, aktyorluğa bir müddət fasilə verəcək:
“Yenidən musiqi karyerama diqqət ayıracağam. Noyabrda yeni mahnım çıxacaq. 2017-ci ildə isə albomumu təqdim edəcəyəm”.
Qeyd edək ki, daha öncə baş rolda oynayan Kaan Taşaner də “Rengarenk”dən ayrılmışdı.