Загрузка...

1473347351_leyla-aliyeva-makes-the-first-move-for-magnus-carlsen_david-llada

Sentyabrın 8-də Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turuna start verilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Olimpiadanın yeddinci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib. Əliyeva FİDE prezidenti Kirsan İlyumjinovla görüşüb.

Leyla Əliyeva Norveç komandasının üzvü, dünya çempionu Maqnus Karlsen ilə fillipinli Xulio Katalino Sadorra ilə oyunda ilk gedişi edib.

Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb. Məlumat verilib ki, Olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur