Masallı İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Axar.az xəbər verir ki, bu haqda cenubxeberleri.com saytının baş redaktoru Zahir Əmənov öz Feysbuk hesabında yazıb.
Məlumata görə, İcra başçısının humanitar məsələlər üzrə müavini Gülşən Xəlilova daşıdığı vəzifədən azad edilərək Masallıdakı ASAN Xidmət kompleksinə bölmə müdiri təyin edilib.
Hələlik onun yerinə təyinat olmayıb.