“Disney” şirkəti uşaqlarla oynamaq üçün avtonom robot yaradıb.
Axşam.az ICTnews-a istinadən xəbər verir ki, alimlər robotun malik olduğu yumor hissi sayəsində uşaqların onu daha dərindən başa düşməyə kömək edəcəyini bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, onların yaratdığı qurğu kompüter və insanlar arasında əlaqədə yeni irəliləyişdir.
“Jimmy” adlanan robot rəqs edir, barabanda ifa edir və uşaqlarla ünsiyyət qura bilir. Lakin məhz yumor hissi onu digər oxşar qurğulardan fərqləndirir. Ötürücü vasitəsilə verilən xüsusi maye ilə işləyən robotun daxili hava və sudan ibarətdir.
Alimlər robotu o qədər insanabənzər düzəldiblər ki, o uşaqları nəvazişlə yanaqlarından sığallaya bilir. İlk prototip idarəetmə pultu ilə işləsə də, gələcək modellərin avtonom olacağı gözlənilir.
İxtiranın müəllifi pittsburqlu alim Con P.Uitnidir. “Jimmy” “Disney” şirkətinin təqdim etdiyi ilk robot olmasa da, şirkət nümayəndələri əmindirlər ki, o, ən uğurlu layihələrdən biri olacaq, eləcə də böyüklər.