Türkiyənin məşhur iş adamı, Senkromeç şirkətinin ortağı Erdal Sıraçe başına tapança atəş açaraq intihar edib.
Axar.az xəbər verir ki, hadisə Atatürk Sənaye Bölgəsində baş verib. Ciddi maliyyə problemləri yaşayan Sıraçenin bu səbəbdən intihar etdiyi bildirilib. Onun 3 aydan çoxdur ki, işçilərə maaş vermədiyi də məlum olub.
Faktla bağlı polis araşdırmalara başlayıb.
Qeyd edək ki, Senkromeç şirkəti tikinti materiallarının istehsalı ilə məşğuldur.