“Apple” şirkəti Kaliforniyadakı qərargahında yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının təqdimatını keçirib.
Oxu.Az xəbər verir ki, yeni smartfonların şüşə və alminiumdan dairəvi korpusu var. “iPhone 7” paslanmaz poladdan olan “Apple” logosu ilə diqqəti cəlb edir.
“Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. “iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.
“iPhone 7”nin kamerası 12 MP-lik sensor və optik görüntü sabitləyici ilə təchiz edilib. Fotolar yeni iP7 çipi vasitəsi ilə emal olunacaq. Ön kamera 7 MP-dir və HD fromatında fotolar çəkməyə imkan verəcək.
Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq.
Hər iki smartfon yeni enerjiyə qənaət nəzarəti ilə 64-bitlik dördnüvəli A10 Fusion prosessorları və altınüvəli qrafika çipi təchiz olunub.
Smartfon alıcılarına dörd rəng seçimi təqdim olunacaq: qızılı, boz, çəhrayı və qara.