img2181607

Sentyabrın 2-i gecə saat 01:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında həyəcanlı anlar yaşanıb.

Hadisə şahidlərinin Criminal.az-a verdiyi məlumata görə, hava limanında sahibsiz qara çanta böyük narahatlığa səbəb olub. Əraziyə hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. İlk olaraq çantaya yaxınlaşmaq təhlükəli olduğundan yoxlamaq üçün xüsusi it gətirilib.

İtin yoxlamasından sonra çantanın təhlükəli olmadığı məlum olub. Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həmin çanta arapılıb. Bütün təhlükəsizlik tədbirləri, çantanın ərazidən uzaqlaşdırılması heç bir ajiotaj yaratmadan həyata keçirildiyindən sərnişinlərin narahatlığına səbəb olmayıb.

Загрузка...