1,9 milyard dollarlıq sərvəti olan, Silikon Vadisinin əfsanələrindən Cim Klark evini satışa qoyub.
Axar.az xəbər verir ki, əmlak imperatoru Klark Floridada yerləşən 137 milyon dollar dəyərindəki evini satır. Onun sözügedən malikanəsi 6320 kvadrat metrdən böyükdür. 10 yataq, 13 hamam otağı var.
Qeyd edək ki, Cim Klark Nyu York və Hamptonsun lüks yerlərində bir neçə evə sahibdir.