img2179665

Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib. Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib.

Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Загрузка...