Federal Təhqiqatlar Bürosu ABŞ Prezidenti Barak Obamanı öldürmək niyyətində olan ABŞ vətəndaşını həbs edib.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Foks Nyus yayıb. Nəşrin verdiyi məlumata görə, Massaçusets ştatının sakini prezidenti avqust ayında – məzuniyyət zamanı qətlə yetirməyi planlaşdırırmış. Polis axtarış zamanı 40 yaşlı vətəndaşın evindən patronlar, odlu silah və partlayıcı qurğu aşkar edib.