İyulda nişanlısı Ümit Acardan ayrılan 36 yaşı müğənni Tuğba Özerk meneceri Altan Nuh ilə eşq yaşamağa başlamışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 həftədir birlikdə olan cütlük ani qərar alaraq bu gün evləniblər. Çeşmədə baş tutan mərasimdə Tuğba və Altanın yaxınları onları tək buraxmayıblar.
Qeyd edək ki, Tuğbanın 2006-cı ildə biznesmen Erhan Kanioğlu ilə ilk evliliyi 2 il davam etmişdi.