ABŞ İŞİD lideri Əbubəkr Bağdadinin İraqın ən təhlükəsiz həbsxanası sayılan Əbu Qəribdə qaldığını ilk dəfə etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə “Ze İntersept” məlumat yayıb. Məlumata görə, Bağdadi sözügedən həbsxanada 2004-cü ilin fevral-oktyabr ayları ərzində cəza çəkib. Bundan sonra onun məhbus yoldaşları ilə birlikdə Bucca cəza düşərgəsinə göndərildiyi açıqlanıb. İŞİD qurulduğu yer olaraq tanınan Buccada Bağdadinin 2 aydan az qaldığı əlavə edilib.
Xatırladaq ki, bundan öncə də bənzər məlumatlar mediada yayılsa da, rəsmi Vaşinqton bunu təkzib etmişdi.