“Twitter”də qaşlarını aldıran aktyorları tənqid edən Nurgül Yeşilçay Özcan Deniz haqda fərqli açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Nurgül İstanbulun mərkəzi küçələrindən birində görünüb. O, yazdıqlarının Özcana da aid edilməsini belə şərh edib: “Özcana qaş aldırmaq yaraşır, onda yaxşı görünür”.
Yeni mövsümdən “Kösəm Sultan”ı canlandıracaq aktrisa hazırlıqlar barədə danışıb:
“Hazırlıqları etdim. Tənqidlərə də açığam. Çox yaxşı olacaq”.