Загрузка...

463983

Belçikanın Şime şəhərində partlayış baş verib. Partlayışın nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, binada partlayış zamanı beş nəfər olub.

Onlardan biri ölüb, iki nəfər ağır yaralanıb. Daha iki nəfər yüngül xəsarət alıb, onlar yerli tibb müəssisələrinə çatdırılıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.