“Bağdat” mahnısı ilə məşhurlaşan Ayla Çelik ilk dəfə sevgilisi ilə əl-ələ görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aylanın 3 aydır ki, iş adamı Barbaros Utkuyla sevgi yaşadığı deyilir. Uzun müddət bunu təsdiq etməyən Ayla ilk dəfə onunla kameralar qarşısına çıxıb. Bir toy mərasiminə qatılan cütlük rahat və romantik davranışları ilə diqqət çəkiblər.