Dünyaca məşhur müğənni Rihanna pərəstişkarlarını əsəbiləşdirib.
Axar.az xəbər verir ki, müğənni İngiltərədəki konsertinə yarım saat gec gəldiyi üçün pərəstişkarları tərəfindən fitə basılıb. Konsert başlayandan sonra Rihannanın fonoqram oxuduğunu anlayan bəzi dinləyiciləri konsert zalını tərk edib.