Narkotik maddə istifadə etməkdə günahlandırılan və 6 il 3 ay müddətində azadlıqdan məhrum edilən müğənni Deniz Seki həbsxanadan məktub yazıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda 38 min məhbusun azadlığa çıxması üçün imzalanan əfv sərəncamında adı yer almayan D.Seki yaşadıqlarını düşündükcə dəli olmağa başladığını yazıb.
“Nə olar səsimi eşidin. 2 ildir ədəbimlə cəzamı çəkirəm. Bəs bu niyə gözə alınmadı? Hardadır haqq-ədalət? Mənimlə bağlı cinayət işinə yenidən baxılması üçün nə qədər cəhd etdim alınmadı. Mənim istəyimi geri çevirənlərin yarısı FETÖ-cü çıxdı və onlar da həbsxanadadırlar. Əlimdən heç nə gəlmir”.
Qeyd edək ki, D.Sekinin 2017-ci ildə azadlığa çıxması gözlənilir.