Dünyanın ən məşhur top-modellərindən biri olan İrina Şeyk həyatının sirrini açıqlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı rus gözəl “GQ” jurnalının İtaliya versiyası üçün kamera qarşısına keçib, maraqlı açıqlamalar verib. O, 14 yaşındakı qorxusundan danışıb:
“Həmin vaxt eybəcər görünürdüm. Heç kimin məni sevməyəcəyini, cazibədar görünmədiyimi düşünürdüm”.
O, model dünyasındakı qadınlardan hər hansı birinə vurulması ilə bağlı suala berlə cavab verib:
“Əsla! Mən rusam. Kişiləri, almazları və kürünü sevirəm”.