Bu ilin oktyabr ayında “Abşeron City”də baş verən bədbəxt hadisə zamanı şikəst qalan fəhlə İsayev İqbal Şəməd oğlunun vəziyyəti ağırlaşıb.
BAKU.WS xəbər verir ki, oktyabrın 15-də 5-ci mərtəbədə təhlükəsizlik qaydalarına əməl etmədən işlədilən İqbal yıxılan zaman beli iki yerdən, sağ budu və sol topuğu sınıb. Həmin vaxt Sumqayıtda xəstəxanaya yerləşdirilən fəhlə 4 ay müalicə olunub. İqbalın qayınanası Mədətova Təranənin dediyinə görə, dörd ay müdətində “Abşeron City”nin rəhbərliyi kürəkəninin bütün problemləri ilə maraqlanıb. Şikayət olunmayacağı təqdirdə onun müalicəsi ilə bağlı bütün xərcləri qarşılayacağını bildirib. Lakin iqbal xəstəxananı tərk etdikdən sonra onunla maraqlanan olmayıb. Təranə Mədətova deyir ki, yataq xəstəsi olan kürəkəni ilə bağlı müraciət etdiyi bütün ünvalnlardan əliboş qayıdıb.
Daha ətraflı Təranə xanımın BAKU.WS-ə göndərdiyi videoda: