Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib.
Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Ehtimallara görə, zəhərlənmənin toyda verilən şirələrdən qeydə alınıb.