“İkinci Şans” filmində baş rolda Özcan Dənizlə birlikdə yer alan Nurgül Yeşilçay sevgi iddialarına cavab verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin çəkilişlərində Özcan Dənizlə solduqca səmimi olan 40 yaşlı aktrisadan “aranızda sevgi ola bilərmi?” soruşulub.
N.Yeşilçay isə belə şeyin mümkün ola bilməyəcəyini söyləyib:
“Biz daha öncə də eyni filmdə rol aldıq. Elə şey ola bilməz”.
Qeyd edək ki, rejissorluğunu da Özcan Dənizin etdiyi “İkinci Şans” filmi noyabrda təqdim olunması gözlənilir.