2016 Yay Olimpiya Oyunlarının bağlanma mərasiminə Super Mario kimi gələn Yaponiya baş naziri Şinzo Abe hər kəsin diqqətini çəkib.
Axar.az xəbər verir ki, Braziliya Rio-2016-nın bağlanma mərasimində bayrağı 2020-ci ildə olimpiya oyunlarına ev sahibliyi edəcək Yaponiyaya təhvil verib. Yaponiya da olimpiya ənənələrinə uyğun olaraq 4 il sonrakı oyunlarda görəcəyi işlərin fraqmentlərini göstərib.
2020-nin təqdimatında 1990-cı illərin məşhur kompüter oyunu Super Mario da yer alıb. Mario şahzadəni tapmaq üçün getdiyi yaşıl borulardan bu dəfə Marakana stadionunu tapmaq üçün istifadə edib. Super Mario stadiona çatanda isə izləyiciləri daha bir sürpriz gözləyir: Marionun kostyumunun altından Yaponiya baş naziri Şinzo Abe çıxır.
Qeyd edək ki, İngiltərə kraliçası II Yelizaveta London Olimpiya Oyunlarının açılış mərasiminə məşhur agent Ceyms Bondla birlikdə gəlmişdi.