QOÇ – Astroloji göstəricilər oturaq fəaliyyətə ara verməyinizi tövsiyə edir. Daxili gərginliyinizi azaltmaq üçün bunun böyük əhəmiyyəti ola bilər. Mümkün qədər ürəyinizi qoruyun.
BUĞA – İkitərəfli əməkdaşlıq zəminində böyük uğurlara nail ola bilərsiniz. Bunun üçün təşəbbüskarlığı əldə saxlamalısınız. İşgüzar səfərlər də sizə böyük səmərə verəcək.
ƏKİZLƏR – Hər mənada ehtiyatlı olmalısınız. Ətrafınızda olan hər üç nəfərdən az qala ikisi əleyhinizə ola bilər. Yeganə uğurunuz maliyyə sahəsində ola bilər. Uzaq səfərə çıxmayın.
XƏRÇƏNG – Hamıya günahkar kimi baxmasanız, bu gün ulduzlar sizə saysız sevinc bəxş edəcək. İnsanları sevin ki, Tanrı da sizi sevsin. Nahardan sonra maliyyə ilə bağlı sövdələşmələriniz uğurlu ola bilər.
ŞİR – Yalnız ailə-sevgi məsələlərində uğurlu məqamlarla rastlaşa bilərsiniz. Yaşca özünüzdən kiçiklərin qayğısına qalın. Pulla bağlı narahat olmayın, əmin olun ki, sizin vaxt da yetişər.
QIZ – Bürcünüzün bu ilk sutkasında ulduzlar şəxsi büdcənizin yaxşılaşmasına çalışacaq. Boş məsrəflərə xərc qoymayın və nəzərə alın ki, indi hamıdan şanslı sizsiniz. Perspektivli təkliflər də mümkündür.
TƏRƏZİ – Planetlərin bu yerdəyişməsi ərəfəsində səhhətinizi qorusanız, hansısa ciddi bir problemlə rastlaşmayacaqsınız. Əksinə, həsrətində olduğunuz bir neçə sevindirici məqamla üzləşəcəksiniz.
ƏQRƏB – Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Maraqlı təkliflər, perspektivli sövdələşmələr və xoş təsadüflər yolunuzu gözləyir. Təşəbbüskarlığı əldən verməyin.
OXATAN – İşgüzarlıq zəminində vəziyyət xeyrinizə cərəyan etdiyindən əzmkarlığınızı birə-beş qat artırmalısınız. Ulduzlar risk etməkdən çəkinməməyi məsləhət görür. Uzaq yola çıxmayın.
OĞLAQ – Bir tərəfdən qarşılıqlı münasibətlərdə gərginlik, digər tərəfdənsə bəzi cəhdlərinizin boşa çıxması ovqatınıza mənfi təsir edə bilər. Odur ki, saat 16-dan sonranı gözləyin.
SUTÖKƏN – Fəaliyyət zəminində ciddi dönüş astanasındasınız. Buna hər mənada hazır olun. Ulduzlar nahardan sonra maraqlı görüşlərdə iştirakınızdan xəbər verir. Sevgi məsələlərində güzəştə gedin.
BALIQLAR – Əsas vaxtınızı şəxsi büdcənizin artırılması istiqamətinə yönəltməlisiniz. Çünki bugünkü göstəricilər daha çox deyilən sahədə uğurlara yiyələnəcəyinizdən xəbər verir.