Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsini gətirən təyyarə artıq Lənkəran hava limanına enib.
Musavat.com xəbər verir ki, Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gətirilən cənazə yaxın dəqiqələrdə ailəsinə təhvil veriləcək.
****
Musavat.com xəbər verir ki, Rövşən Lənkəranskinin cənazəsini gətirən təyyarə artıq Lənkəran Beynəlxalq Hava Limanına enib.
Mərhumu qarşılamağa hava limanının qaşısına hazırda çoxlu sayda insan toplaşıb.
Əlavə məlumat verəcəyik.
****
Tanınmış kriminal – avtoritet Rövşən Lənkəranskinin cənazəsini Lənkərana gətirəcək olan təyyarə bu dəqiqələrdə uçuşa hazırlanır.
Musavat.com xəbər verir ki, təyyarənin saat 00.00 radələrində Lənkəran Beynəlxalq Hava Limanında enəcəyi gözlənilir.
Xatırladaq ki, tanınmış avtoritet Rövşən Lənkəranskinin cənazəsi şəhərin Kiçik Bazar məscidində yuyulduqdan sonra vidalaşmaq üçün ata evinə aparılacaq.
***
Xəbər verdiyimiz kimi, Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi artıq Lənkərandadır.
“Qafqazinfo”nun məlumatına görə, nəşi aeroportda qarşılayan insan izdihamı Lənkəranskinin cənazəsini məscidə qədər piyada yola salıb.
***
Rövşən Lənkəranskinin cənazəsi Kiçik Bazar məhəllərindəki İmam Hüseyn məscidinə gətirilib. Məscidin ətrafına minlərlə insan toplaşıb. Az sonra mərhum kriminal avtoritetin cənazə namazı qılınacaq.
***
Musavat.com-un əməkdaşı xəbər verir ki, cənazə gətirildikdən sonra məscidin qapıları bağlanıb. İçəriyə heç kəs buraxılmır. Cənazə sabaha qədər içəridə qalacaq.
Musavat.com