Kiyev gizli kadrlarını Krıma göndərərək qarşıdurma yaratmaq istədi, qorxaqca hücum etdi, sonra da məsuliyyətdən yayındı.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Krımın Baş prokuroru Natalya Poklonskaya çıxış edib.
“Ukrayna rəhbərliyinin təcavüzkar cəhdlər göstərib, daha sonra bunun məsuliyyətindən yayınaraq qaçmağa çalışmaq kimi tarixi bir xüsusiyyəti var”, – Poklonskaya qeyd edib.
Qeyd edək ki, avqustun 7-sində Krımda baş verən qarşıdurma zamanı FTX-nin 2 əməkdaşı həlak olmuş, hücumun qarşısı alınmışdı. Rusiya rəhbərliyi hücumu rəsmi Kiyevin təşkil etdiyini iddia etsə də, qarşı tərəf bunu təkzib etmişdi.