“Diriliş Ertoğrul” serialının məşhur aktyorlar Engin Altan Düzyatan və Cengiz Coşkun bir əyləncə mərkəzində görüşüblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşə Engin həyat yoldaşı Neslişah Alkoçlar, Cengiz isə sevgilisi Beatrislə gəlib.
Cütlüklər öncə yemək yeyiblər, daha sonra kinoteatrda “Sihirbazlar Çetesi” filminə baxıblar.
Qeyd edək ki, “Diriliş Ertoğrul”da Engin baş qəhrəman “Ertoğrul”, Cengiz isə “Turqut Alp” rolunu canlandırır.