Hollivud ulduzu Mila Kunis əri Eşton Katçerin ona hədiyyə etdiyi üzüyü taxmaqdan qorxur.
Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, məşhur brenddən olan 5 əyyarlı üzük aktyora 250 min dollara başa gəlib. Bahalı olduğuna görə Mila üzüyü evində, qapalı yerdə saxlamağa üstünlük verir. Müsahibələrinin birində Kunis “Kimsə barmağımı kəsib, üzüyü götürməyə çalışar” deyə, bildirib.
Onun əvəzinə isə aktrisa barmağına internetdən 90 dollara satın aldığı üzük taxır.