Загрузка...

1470633052_aaaaaa

Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar, iş adamı Emin Ağalarov sevgilisi ilə yeni fotosunu paylaşıb.

BAKU.WS məlumat verir ki, Ağalarov Alena Qavrilova ilə fotosunu Instagram izləyiciləri ilə bölüşüb. Cütlüyün şəklinin altına Emin “Happy birthday” yazaraq sevgilisini ad günü münasibəti ilə təbrik edib.

Eminin yeni sevgilisi ilə fotosuna minlərlə bəyənmə gəlib. Foto izləyicilər tərəfindən geniş müzakirə olunub.

Qeyd edək ki, Alyona Qavrilova “Miss Mordoviya” gözəllik müsabiqəsinin qalibidir və model kimi fəaliyyət göstərir.