Загрузка...

2016-мода-женская-кружева-цветочные-Bralette-Bralet-блузка-растениеводство-Cami-без-ведущего-нуля-топы-рубашки

Bralet büstqalter və topikin sintezindən yaranan geyim növüdür. Onu bəzən ətrafdakılara cəsarətlə göstərə biləcəyimiz alt paltarı da adlandırırlar. Amma yayda ondan alt paltarı kimi deyil, üst geyim kimi istifadə də olunur.

Yeni tip alt paltarları bütün dünyada milyonlarla modapərəstin qəlbini fəth edir, kişilərin isə ağlını başından alıb onları yoldan çıxarır… Bu romantik krujeva büstqalter rahatlığı, təbiiliyi və seksuallığı heyrətamiz şəkildə özündə birləşdirir.

Son illərdə məşhur olan hündür bel şalvar və yubkalarla kombinasiya edildiyi zaman şıq görkəm ortaya çıxır. Braleti köynəklərin, jaketlərin və jiletlərin, hətta bleyzerin altına geyinmək olar. Bundan başqa, istənilən gündəlik tərzə bralet əlavə edilə bilər. Publika.az bralet dəbinə aid bir neçə nümunə seçib.