Hindistanın Tiruvanantapuram şəhərindən havaya qalxan “Emirates” aviaşirkətinə məxsus təyyarə Dubay beynəlxalq hava limanında uğursuz eniş edib.
BAKU.WS xəbər verir ki, bütün sərnişinlər uğurla evakuasiya edilib, xəsarət alan olmadığı bildirilir. Amma enişdən sonra təyyarənin partladığını əks etdirən görüntülər yayılıb. Qəzadan sonra Dubay hava limanı bağlanıb. Növbəti xəbərdarlığa qədər aeroporta təyyarələrin qəbulu dayandırılıb.
Reyslərin təqribən 4 saat gecikəcəyi bildirilib.