88697_kc4d0a87r1

 

Məşhur model Dəniz Akkaya 2005-ci ildən sonra ilk dəfə dəfiləyə qatılacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı model-aktrisa İtaliyanın məşhur brendi “Versace”nin dəfiləsində podiumda yer alacaq.

D.Akkaya bununla bağlı açıqlamasında bildirib ki, çox həyəcanlıdır:

“Modalar atelyesinin rəhbəri Donatella Versace dəfilə üçün məni şəxsən özü seçib. Yaxında Milanda dəfilənin detalları barədə danışacağıq”.

Qeyd edək ki, D.Akkaya 1997-ci ildə “Best model of Turkey” müsabiqəsinin qalibi olub.