Məşhur komediya ustası Şahan Gökbakar “Recep İvedik 5” filminin çəkilişlərinə başlayır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı aktyor İnstaqramda elan yazaraq aktyorluq bacarığı olanları kastinqə çağırıb:
“Hər filmimizdə olduğu kimi, yenə istedadlı aktyorlara qapımızı açırıq. Filmdə rol almaq istəyən hər kəs şəxsi məlumatlarını, fotolarını və varsa videolarını recepivedik5film@gmail.com elektron ünvanına yollaya bilər. Bilmək olmaz, bəlkə mənimlə birlikdə oynadınız”, – deyə Ş.Gökbakar elanda qeyd edib.
Qeyd edək ki, “Recep İvedik 5” filmi 2017-ci ilin fevralında təqdim olunacaq.