24 yaşlı ingilis model və aktrisa Kara Delevin (Cara Jocelyn Delevingne) həmcinsi ilə yaşadığı eşqdən danışıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Kara, əsl adı Anne Erin Clark olan 34 yaşlı amerikalı bəstəkar-müğənni Vinsenti dəlicəsinə sevdiyini deyib:
“Daha öncə sevginin nə olduğunu bilmirdim. Lakin, indi bu hissi yaşayıram. Hətta, model olaraq karyeramın zirvəsindəykən bu qədər xoşbəxt olmamışdım”, – deyə Kara Delevin bildirib.
Qeyd edək ki, K.Delevin 2015-ci ildən birlikdə olduğu Vinsentə bu ilin fevralında “Eyfel qülləsi”nin başında evlilik təklifi etmişdi.