Oynadığı rollarla Türkiyədə fenomenə çevrilən Əmrə Qarayel bir ildir heç bir kino və seriala çəkilmir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı aktyor açıqlama verərək “Show TV”də yayımlanacaq “Arkadaşlar iyidir” serialından gələn təklifi qəbul etdiyini və çəkilişlərə start verildiyini deyib.
“03 Medya”nın çəkdiyi serialda Qarayellə yanaşı, Aslı Melisa Uzun, Su Kutlu, Akın Akınözü, İdris Nebi Taşkan və Hayal Köseoğlu rol alıb. Serial 5 gəncin həyatından bəhs edəcək.
Qeyd edək ki, Əmrə Qarayel “1 Kadın 1 Erkek” serialında “Ozan”, “Kurtlar Vadisi Pusu”da “Zafer Sasonlu” obrazlarını canlandırıb.