Sevgilisi Fahriye Evcenlə İtaliyada dincəldikdən sonra İstanbula qayıdan məşhur aktyor Burak Özçivit saç ustasının yanına gedərkən kameraların hədəfinə düşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burakın 1 milyon lirə (təxminən 500 min manat) dəyərində olan cipinin nömrəsiz olması isə diqqət cəlb edib.
Türkiyə qanunlarına görə, avtomobili nömrəsiz idarə etmək yol hərəkəti qaydalarını pozmaq deməkdir. Bunun cəzası isə 200 lirədir (təxminən 100 manat).
Qeyd edək ki, Burak Özçivit ötən ay aldığı lüks cipin nömrəsini sevgilisinə jest edərək onun adına uyğun (34 FR) almışdı.