Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saatın ailə qurmasından bir il keçib.
Axşam.az-ın məlumatına görə, ifaçı xanımı ilə fotosunu paylaşaraq, sevgi etirafı edib. “İlk günkü kimi sənə aşiqəm. Bir ilimiz mübarək olsun. Gözəl üzün hər zaman gülsün. Təbrik edən hər kəsə təşəkkürlər” deyə, K.Doğulu bildirib.
Qeyd edək ki, Kənan və Berenin toyu Amerikada baş tutmuşdu.