Orlando Blumdan boşanan Miranda Kerr, bu yaxınlarda “Snapchat”ın qurucusu, milyarder Evan Şpigellə nişanlanmışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Blumun yaxınları, onun Miranda Kerri təbrik etdiyini deyiblər: “Orlando, Mirandaa görə xoşbəxtdir. Onunla danışıb və onu təbrik edib”, – deyə O.Blumun yaxınları bildirib. Qeyd edək ki, 2010-cu ildə evlənib 2013-cü ildə boşanan Blum və Kerrin bir qızı var.