Bir neçə gün öncə 75 illik yubileyini qeyd edən xalq artisti Flora Kərimova doğum günündən sonra kameralar önünə keçib.
BAKU.WS xəbər verir ki, yeni fotosessiya etdirən sənətkar “Bilmirəm, bundan sonra sizinlə birlikdə daha bir ad günü qeyd edə biləcəyəm ya yox. Hətta cənnətin olub-olmadığını bilmirəm. Təkcə onu bilirəm ki, xalqımın belə böyük sevgisinin əhatəsində olduqca, özümü cənnətdə hiss edirəm” – deyib.
Çəkiliş zamanı F.Kərimovanın imici üzərində məhşur stilist Anar Ağakişiyev çalışıb.
http://i013.radikal.ru/1607/b9/5fbefe1ed63a.jpg
http://s010.radikal.ru/i313/1607/f3/409289bc3811.jpg
http://s017.radikal.ru/i427/1607/49/fa438f27ddcd.jpg