Ukrayna mediası bu ölkənin erməni əsilli Daxili İşlər naziri Arsen Avakovla bağlı şok doğuracaq məlumat yayıb.
Axar.az xəbər verir ki, Avakovun Donetsk separatçılarla əlaqəsinin olduğu bildirilir. Belə ki, Donetskdən yüzlərlə kömür dolu vaqonların öncədən nəzərdə tutulmuş ünvana getdiyi və vaqonların təhlükəsizliyinə Avakovun adamlarının nəzarət etdiyi iddia edilir.
Ukraynalı biznesmen Vadim Qrib açıqlamasında Ukraynanın qondarma Donetsk və Luqansk respublikaları ilə fəal iqtisadi əlaqələr yürütdüyünü, kömür sahəsində isə Avakovun işə nəzarət etdiyini vurğulayıb.