QOÇ – Günün birinci yarısında diqqətli və tədbirli olmağınız vacibdir. Əks təqdirdə, əsəbləriniz tarıma çəkiləcək. Sonrakı müddətdə isə qəlbinizə yaxın olanlar sizi sevindirəcək.
BUĞA – Təzadlı və riskli gündür. Lakin narahat olmağa dəyməz. Çünki Göy qübbəsi maraqlı sövdələşmələrdə iştirakınızdan xəbər verir. Amma nəzərə alın ki, axşam saat 19:37-dən Ay bürcünüzdə olacaq.
ƏKİZLƏR – Əlamətdar gün hesab etmək olar. Təxminən saat 12-dən başlayaraq proseslər xeyrinizə cərəyan edəcək. İstər fəaliyyət zəminində, istərsə də maddi məsələlərdə hər şey xeyrinizə olacaq.
XƏRÇƏNG – Qarşınızda duran bu təqvimi istirahətə, qonaqlıqlara həsr edin. Çünki bu amil ovqatınızı yüksəldə bilər. Bacardığınız qədər fəaliyyətə az yer ayırın. Qida rasionunuza xüsusi fikir verin.
ŞİR – Həmkarlarınızla aranızda gərginlik baş qaldırsa da, şəxsi münasibətlərdə, xüsusən də ailə-sevgi əlaqələrində vəziyyət xeyrinizə olacaq. Deməli, seçim məsələsində diqqətli olmalısınız.
QIZ – Həddindən ziyadə anlaşılmaz gündür. Ulduzların nəzarətindən çıxdığınızdan hər cür xoşagəlməzlik mümkündür. Ona görə də səhhətdən tutmuş fəaliyyətə qədər bütün sahələrdə qorunmalısınız.
TƏRƏZİ – Riskli gündür. Buna görə də gözünüzü yumub irəli getməməli, ən xırda detalları belə yüz yol ölçüb-biçməlisiniz. Səhhətinizlə bağlı problemləriniz də mümkündür.
ƏQRƏB – Müəyyən qədər gərginliklə rastlaşma ehtimalınız var. Ələlxüsus da iş yoldaşlarınızla qalmaqallarınız qaçılmazdır. Bacardığınız qədər hövsələli olun. Nüfuzlu adamlarla görüşləri təxirə salmayın.
OXATAN – Çalışın ki, ixtiyarınızda olan bu təqvimi daha çox hisslər üzərində qurasınız. Ailə-sevgi münasibətlərində, eləcə də işgüzar sövdələşmələrdə uğurlu gedişlər edə bilərsiniz.
OĞLAQ – Yaxşı olar ki, pulla bağlı bütün planlarınızı təxirə salasınız. Çünki ulduzların düzümü maliyyə uğursuzluğundan xəbər verir. Riskdən və günvurmadan da qorunmağınız məsləhətdir.
SUTÖKƏN – Ötən günlərdə rastlaşdığınız gərginlik və xoşagəlməz situasiyalar aradan qalxacaq. Odur ki, özünüzü bədhal göstərməyin. Qoy ətrafdakılar sizi nikbin görsün. Qonaq getmək də uğurludur.
BALIQLAR – Ulduzlar uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Stress gətirən söhbət və mövzulardan uzaq olun. Saat 14-17 arası uğurlu əməkdaşlığınız və varlanacağınız mümkündür.