Загрузка...

1469427474_pilot

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən növbəti həbslər həyata keçirilib.

BAKU.WS xəbər verir ki, FETÖ-nün (Fethullahçı Terör Örgütü) qiyam cəhdi zamanı daha 908 hərbi qulluqçu saxlanılıb.

Həbs olunanlar arasında dünyanın Sabiha Gökçendən (Səbihə Göyçən – ilk qadın pilot-red) sonra ilk qadın pilotu olan Kerime Kumaş da var.
Xəbərdə göstərilir ki, K.Kumaş hərbi çevrilişə cəhd olan gecə ” F-16”lardan birini idarə edib.

Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.