Almaniyanın Münhen şəhərinin ticarət mərkəzlərinin birində naməlum şəxs insanlara atəş açıb.
Bu barədə Oxu.Az BBC News nəşrinə istinadən xəbər verir. İlkin məlumata əsasən, hücum zamanı 15 nəfər həyatını itirib. Bildirilir ki, ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb. Yerli hüquq-mühafizə xidmətlərinin əməkdaşları xüsusi əməliyyat keçirirlər. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.